Dələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilib

14 Noyabr 2019 12:19 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Mövqe.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.

"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.

M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.