“İrəvan xanlığı” kitabı italyan dilində nəşr olunacaq

6 İyun 2013 11:40 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində, səfir Vaqif Sadıqovun köməkliyi ilə Tarix İnstitutunda hazırlanmış "İrəvan tarixi" kitabının italyan dilinə tərcümə olunması üçün hazırlıq işləri başa çatıb.  Mövqe.az-ın AMEA-dan aldığı məlumata görə, artıq İtaliya tərəfi ilə institut arasında müvafiq müqavilə imzalanıb.


Əsər tanınmış italyan tarixçiləri tərəfindən italyan dilinə tərcümə ediləcək, Tarix İnstitutunun mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra İtaliyada nəşr olunacaq.


Kitabın redaktəsi, kompüter qrafikası, maketinin hazırlanması, çapı, cildlənməsi, yayılması, daşınması, reklam edilməsi, eləcə də ingilis dilindən tərcüməsi, redaktə və korrektəsi italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.


Kitabın internet şəbəkəsi ilə tanıdılması, Milan, Roma, Turin, Neapol və digər şəhərlərdə təqdimatının keçirilməsi də nəzərdə tutulur.