Azərbaycandan dünyaya növbəti mühüm mesaj

15 Noyabr 2019 08:42 (UTC+04:00)

Bakı növbəti beynəlxalq sammitя ев сащиблийи едир. Bu sammitdə ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslər və qloballaşan dünyanın müasir çağırışlar nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirə edilir. Müasir dövrün aktuallıq kəsb edən məsələsinə həsr edilən tədbirin rüşeymi 2010-cu ildə qoyulub. Həmin il keçitilmiş dünya dini liderlərinin I Bakı sammiti bariz şəkildə göstərmişdi ki, Yer üzündə sülh və əmin-amanlığın bərqərar olması naminə belə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var.

Bu gün mnüxtəlif regionlarda həyata baxışın dini dünyagörüşü sürətlə radikallaşır. Amma dünyəvi dünyagörüş də yerində saymır, getdikcə daha da genişlənir və dərinləşir. Bu, perspektiv üçün təhlükəli hadisələr vəd edir. Ancaq üçüncu bir tendensiya kimi qloballaşma da öz sözünü deyir. Görünən odur ki, bir-birinə iki əks proses yanaşı gedir: təbəqələşmə və qloballaşma. Bu təmayül bugünkü nöqteyi-nəzərdən dünya xalqlarının arzuladığı dinc yanaşı yaşama prinsiplərinin bərqərar olmasını şübhə altına alır. Bu baxımdan öz konfessial dəyərləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın bu istiqamətdə müzakirələrin aparılması haqda təşəbbüsü hamılıqla müsbət qarşılanır. Təsadüfi deyil ki, dünya dini liderlərinin II Bakı sammitinə 56 ölkədən yüzlərlə nümayəndə qatılıb və bu maraqlı prosesə hər kəs öz töhfəsini verməyə çalışır. Məqsəd də aydındır: Sülh! Başqa sözlə, bu sammit sülh uğrunda hərəkata yeni bir impulsdur.

Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov bildirir ki, dünya dini liderlərinin I Bakı sammitinin sivilizasiyalararası dialoqun inkişafı, müxtəlif dinlər və konfessiyalar arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə verdiyini artıq dünyanın bütün mütərəqqi dairələri etiraf edirlər. Onun sözlərinə görə, bu sammitin qlobal əhəmiyyətini daha dərindən dərk etmək üçün dinin istər keçmişdə, istərsə də müasir dövrdə insanlığın taleyində oynadığı rolu mütləq təhlil etmək lazımdır: “Belə ki, bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyil. Çünki, heç bir əsrdə, heç bir dövrdə dinsiz cəmiyyət mövcud olmayıb”.

 “Bakı prosesi” davam edir. Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir. Təsadüfi deyil ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsindədir. Dünyada belə ölkələrin sayı azdır. Bu siyasəti uğurla həyata keçirənlərin sayı isə daha azdır. Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir. Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Dini liderlərin II Bakı sammiti ölkəmiz üçün yeni nüfuz göstəricisinə çevriləcək. Ona görə ki, belə mövzular üzrə beynəlxalq tədbirləri yalnız özü nümunə olan dövlətlər hazırlayıb keçirə bilirlər.

N.NOVRUZ