Tanınmış müğənni narkotik satarkən tutulub

6 İyun 2013 15:56 (UTC+04:00)

İngiltərənin tanınmış musiqi yarışması "The X Factor"un keçmiş münsif üzvü Tulisa Kontostavlos və dostu Londonda narkotik satmaq üstündə həbs olunub. Movqe.Az-ın məlumatına görə, məşhur müğənni, daha əvvəldən razılaşdığı və əslində polis olan alıcı ilə Londonda bir oteldə görüşüb. Alıcı qılığına girən polis ilə bir danışan Tulisa, 1,5 qramlıq kokaini 1300 dollara sata biləcəyini söyləyib. Telefon kitabçasındakı insanların yarısının da narkotik satdığını söyləyən Tulisa, özünün yalnız vasitəçi rolunu oynadığını bildirib. 25 yaşlı Tulisa həbs olunub.