Almaniya sel sularıyla mübarizə aparır

6 İyun 2013 16:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniya əsrin sel fəlakəti ilə mübarizə aparmaq üçün səfərbər olub. Selin təsirli olduğu cənub və şərq bölgələrində yanğın qrupları və əsgərlərlə yanaşı minlərlə könüllü vətəndaş da xilasetmə işlərinə qatılıb. Orta Avropada ifrat yağış və sellər səbəbiylə daşan çaylar, ciddi təhlükə meydana gətirməyə davam etdirir. Cənubi və Şərqi Almaniyada bir çox məskunlaşma vahidinin sular altında qalması nəticəsində minlərlə insan evlərindən evakuasiya edilib. Dresdendə su səviyyəsinin 8,75 metrə çatdığı, Targau şəhərində isə gecə saatlarında su səviyyəsinin yüksələcəyi deyilib. Bu əyalətdəki Saale çayında su səviyyəsinin 8 metri keçdiyi, bunun da 400 ilin ən yüksək səviyyəsi olduğu bildirilib.