"Xəmsə" Milli İntellektual oyunu üzrə Gənclər arasında VI Azərbaycan Çempionatı başa çatıb. Mövqe.az-ın məlumatına görə, birincilik uğrunda mubarizə aparan 32 komanda arasında dörd komanda final mərhələsinə vəsiqə qazanıb: Şirvan şəhərindən "Yamato" komandası, Sumqayıt şəhərindən "Bir Qalanın Sirri" və "Bella Ciao" komandaları, Binəqədi rayonundan isə "El-klassiko" komandası.
"Kempinski Hotel Badamdar" kompleksində keçirilən final mərhələsinin 5 raundun nəticəsi olaraq, qaliblər aşağıdakı qaydada müəyyən olunublar
1-ci yer – "Yamato" komandası
2-ci yer – "Bir Qalanın Sirri" komandası
3-cü yer – "El-klassiko" komandası
4-cü yer – "Bella Ciao" komandası
Finala vəsiqə qazanan komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar.