“Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

18 Noyabr 2019 16:41 (UTC+04:00)

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinin hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atılıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq, dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin tam qarşılıqlı anlaşma və milli həmrəylik şəraitində yaşamaları üçün hər cür təminat var.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov diqqətə çatdırıb ki, dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr təşkil edir. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir. Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradıldığını bildirən S.Heydərov dövlətin vicdan azadlığının təminatçısı olduğunu söyləyib. Qeyd olunub ki, tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərir, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirirlər. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Komitə rəsmisi belə parlaq nümunələrdən birinin Qarabağ müharibəsi zamanı şücaət göstərən yəhudi əsilli, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Albert Aqarunovun olduğunu deyib və elə keçən həftə Bakıda onun şərəfinə ucaldılan heykəlin açılışını xatırladıb.

Sədr müavini vurğulayıb ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasəti dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir. Məhz