"Lady Gaga"dan Yaponiyaya kömək

8 May 2012 13:25 (UTC+04:00)

Amerikalı müğənni Lady Gaganın yalnız bircə dəfə istifadə etdiyi farfor çay fincan dəsti internetdə təşkil edilən hərracda təxminən 60 min avroya satılıb.

Kömək məqsədi ilə bu fəaliyyəti təşkil edən internet saytı, dünən sona çatan hərracda satılan fincan dəstinin təslim edilməsi üçün ödəmənin edilməsi lazım olduğunu bildirib.

Fincan dəsti 30 apreldə hərraca təqdim edilib. Hərraca təxminən 1300 adam qoşulub.

Müğənni bu fincanı Yaponiyada keçən il baş verən zəlzələ və sunami fəlakətindən üç ay sonra, Tokioda təşkil etdiyi mətbuat konfransında istifadə edib.

Müğənni dodaq boyası izinin və imzasının olduğu bu fincanı hərraca təqdim edəcəyini açıqlayıb.

Əldə edilən gəlirin ABŞ-da təhsil almaq istəyən gənc yapon sənətçilərə kömək üçün veriləcəyi bildirilib.


Ziba Yusifova

Movqe.Az