Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək

19 Noyabr 2019 11:30 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunda iri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi məqsədi ilə elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

Mövqe.az xəbər verir ki, tenderin qalibi “Fasad-F” MMC-dir.

Qalib şirkətə 12750533 manat ödəniləcək.