Müqəddəs torpaqlara velosipedlə gedəcəklər

6 İyun 2013 18:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Qırğızıstandan 15 zəvvar namizədi 65 günlük velosiped səfəriylə müqəddəs torpaqlara çatmağı planlaşdırır. Qrupun lideri Nurkamil Hacı Saskeyev sözügedən hərəkəti, ölkənin cənubunda 2010-ci ildə çıxan faciəvi hadisələrin qurbanları xatirəsinə etmək qərarı aldıqlarını bildirib.  Velosipedli zəvvar namizədlərinin yolu Qazaxıstan-Türkmənistan-İran yolunda olacaq. Onlar elmi hadisələrdə vəfat edən gənclər üçün dua edəcəklərini deyib. Nurkamil Hacı Saskeyev 1994-cü ildə yenə velosipedlə müqəddəs torpaqlara ziyarət etmişdi. 2011-ci ildə isə ölkəsindən Türkiyəyə qədər pedal çevirmişdi.