Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev qış fasiləsində Qarabağ-ı tərk edə bilər.
Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin xidmətində Levski maraqlıdır. Bolqarıstan təmsilçisinin Slavçev üçün Ağdam klubuna sərfəli təklif irəli sürdüyü bildirilir.
Qeyd edək ki, Qarabağ Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb. O, son vaxtlar "11-liy"ə düşə bilmir.