Masazırda "Porsche" yanıb

21 Noyabr 2019 15:27 (UTC+04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində "Porsche" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Bu barədə Mövqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;