Ekologiyanın düşmənləri cərimələnib

7 İyun 2013 11:49 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. ETSN-in mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 49 iş üzrə 195400 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 1555,89 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 114 iş üzrə 24692,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qruplarına 28, məhkəmələrə isə 1 iş göndərilib.