"Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya valeh oldum”

21 Noyabr 2019 15:06 (UTC+04:00)

Azərbaycanı sevən, xaricdə tanıtmaq istəyən hər bir əcənəbi bizim dostumuzdur. Sevindirici haldır ki, Azərbaycanın belə dostları gündən-günə artmaqdadır. Elə Rusiyanın "GrottBjorn" şirkətinin İnkişaf Departamentinin rəhbəri, tanınmış marketoloq Anastasiya Lebedeva da belə dostlardan biri olaraq xaricdə Azərbaycanı tanıtmağa hər zaman hazırdır. Bu günlərdə Bakıya səfər etmiş Anastasiya Lebedevadanın müsahibəsini təqdim edirik. Xatırladaq ki, Anastasiya Lebedevanın marketinq, reklam və satışo sahəsində 20 ildən çox təcrübəsi var. Həyat yoldaşı Viktor Levedevin rəhbəri olduğu "GrottBjorn" şirkətinin həm Rusiyada, həm də xaricdə maliyyə xidmətləri biznesi də daxil olmaqla inkişafına kömək edir. Bundan əlavə, bir biznes məktəbində müəllim işləyir və bir sıra sosial-mədəni layihələrə nəzarət edir.

 

- Azərbaycan haqqında ilk dəfə nə vaxt eşidibsiz?

-Mən hərbçi ailəsində anadan olmuşam. Uşaq olanda evimizə tanımadığımız insanlar tez-tez hədiyyə paketləri ilə gəlirdilər və evə qayıdan əsgərlərdən komandirlərinə “təbriklər” göndərirdilər. O zaman “təbriklər”in Azərbaycandan gəldiyini fərq etdim. Həmişə qoz və nar göndərirdilər! Heç bir yerdə belə nar görməmişdim.

Nəhayət,  2018-ci ilin iyun ayında ilk dəfə bu inanılmaz ölkəyə- Azərbaycana gəldim və heyrətləndim! Ana təbiət Azərbaycan xalqına o qədər səxavət bəxş edib ki, ola bilsin elə buna görə bu səfər zamanı görüşdüyüm hər bir insan belə qonaqpərvər və səmimi idi.  

 

-Bu dəfə Azərbaycandan qayıtdıqdan sonra təəssüratlarınız necədir?

Bakıya ikinci səfərim spontan oldu. Yəni bu səfər planda yox idi! Ürəyimin səsi dedi - Gedək! Və hər şey aydın oldu. Belə təəssürat və imkanlara görə Azərbaycana minnətdaram!

Əsas təəssüratım ondan ibarətdir ki, Bakıda xüsusi qadınlarla tanış oldum. İknicisi, istedadlı rus şairəsi Ekaterina Xlebnikovanın yaradıcılıq gecəsində iştirak etdim. Şeiri sevirəm, nəyisə qiymətləndirirəm, amma burada WOW effekti var idi! Azərbaycanın milli musiqi alətləri balban və tütəyin sədaları altında şeir dinlədim. 

Yalnız Azərbaycanada heyranedici dadı olan qidalar var; ət, pomidor, göyərti, pendir, çörək, şərab. Azərbaycanın mətbəxi məndə xüsusi təəssürat yaratdı, əsasən də dolma ("Üç bacı").Hər şey cənubun hər yerində olduğu kimi görünür, amma burada hər şey ləzzətlidir. Narı xüsusi qeyd etməliyəm! Çünki nar mənim üçün uşaqlıqdan yaddaşımda qalan xüsusi bir daddır. Neft sənayesinin tarixi isə ayrı bir hekayədir. 

Azərbaycanın zəngin mədəni və tarixi irsi var. Hətta təkcə Qobustan heyrətamiz bir xəzinədir.Mən Bakının tarixi məkanı olan İçərişəhərdəki otellərdən birində qaldım. Bura sadəcə inanılmaz dərəcədə gözəl idi! Hər şey o qədər atmosferli idi ki, bəzən inanılmaz paralel reallıqda olduğumu düşünürdüm. Mən sanki Şərq nağılının qəhrəmanı idim!

Mübaliğəsiz olaraq deyim ki, bir millətin ən böyük sərvəti onun övladlarıdır. Mədəniyyəti və sənəti yaşadan insanlar ənənəvi sənətkarlıqlarını davam etdirir və sadəcə yaşayır, qonaqlarla görüşür, yemək bişirirlər, küçələrdə ticarət edirlər ... Mənə elə gəlir ki, bunu yalnız burada edə bilərlər!

 

-Bizim ölkədə sizin üçün əsas maraqlı olan, diqqətinizi çəkən nə oldu?

-Hər şey böyük zövqlə, sevgi ilə edilir. Hər şey rahat və təhlükəsizdir. Mən yalnız özüm gördüklərimdən danışıram. Həm də Azərbaycanın bir qadına necə rəftar etməsi məni heyran edir! Ona seçim etmək imkanı verilib. Təhsil alıb karyera qura bilər və ya müsəlman dini qanunlarına görə, hicab geyə bilər və bu, sosial doktrina deyil, seçimdir. Əlbəttə ki, mən bir qadın olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya valeh oldum. Özündə bu qədər işi birləşdirmək və hər yerdə uğurlu olmaq böyük məharət tələb edir! Üslubda qüsursuz, iş və idarəetmədə effektli, ailəcanlıdır. Azərbaycanda qadınların yaradıcı gücü məni valeh edir və stimullaşdırır. Mən bu mühitdə daha tez-tez olar və sanki güc mənəvi alaram.

 

- Azərbaycanda biznes mühitini necə qiymətləndirirsiniz?

- Mənə elə gəldi ki, bu torpaqda doğulan hər bir insanın artıq sahibkarlıq damarı var. Burada birinci olmaq,  yeniliyi qəbul etmək istəyirlər, amma bir az ehtiyatlıdırlar. Azərbaycanda mütləq inkişaf etmək, yeni texnologiyalar tətbiq etmək və maliyyə gəlirliyini artırmaq üçün geniş imkan var. Bir nümunə verəcəm. Azərbaycanda neft var. Amma neft istehsalından gəlir əldə etmək üçün onu emal yerinə çatdırmaq, emal etmək və sonra qiymətli yanacağı alıcıya çatdırmaq lazımdır. Bütün bunlar infrastruktur tələb edir və nə qədər yaxşı olsa, itkilər az olur və daha çox qazanc əldə edilir. Həm də daha sürətli, bu da dövrümüzdə vacibdir. İnvestisiya, pul dövriyyəsi və s.

Bizim şirkətimiz də infrastrukturu yaxşılaşdırır. Onu da deyim ki, “GrottBjorn” adı Norveç dilindən “qalib bir döyüşçünün vətəni” kimi tərcümə olunur. Biz də ilk neft boru kəmərini yaratmış Nobel qardaşları kimi işdə şimal dəqiqliyini dərk edirik.

 

- İki ölkə arasında iqtisadi əlaqələrin perspektivlərini necə görürsünüz?

-Rusiya və Azərbaycan ənənəvi olaraq vacib ticarət tərəfdaşları olublar və olacaqlar. Bu illər ərzində xalqlarımız bir-birinə bağlı olub və mən yalnız ortaq bir gələcək görürəm. İnanıram ki, insanlar bir yerdə olmaq istədikdə, bütün dünya qarşı çıxsa və müdaxilə etsə belə, yenə də razılığa gəlib bir-birinizə kömək edib birlikdə çiçəklənə bilərsiniz.

 

-Azərbaycanı tanıyan, sevən birisi kimi, bu ölkənin Rusiyada təbliği üçün nə kimi öz töhfənizi verə bilərsiz?

- Artıq dediyim kimi, infrastrukturu qura bilərik, malların çatdırılmasına və satışına kömək edə bilərik! Beləliklə, şirkətin təminatsız maliyyələşdirmə üçün gedə biləcəyi Rusiyadakı açıq bazar haqqında danışmaq olar. İstiqrazların buraxılması ilə yalnız dövlət borcu olmayacaq - Rusiya daxilində yüksək bir PR olacaq. Bundan əlavə, biz şirkətlərə valyuta əməliyyatlarında risklərini azaltmağa kömək edirik ki, bu da Azərbaycandakı müəssisələrə Rusiya bazarına rubla qiymət təklif etməyə və nəticədə məzənnənin nə olursa olsun nə qədər planlaşdırdıqlarına, nə qədər qazandıqlarına əmin olmağa imkan verir.

Bundan əlavə, pul qazandığınız zaman onları saxlamaq çox vacibdir. Biz də bunu Azərbaycanda şərab və ya ət qorunduğu kimi yaxşı bacarırıq!