İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
7 İyun 2013 13:56 (UTC+04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında
Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə
namizədliyi irəli sürülüb.
Mövqe.az-ın məlumatına görə, qurultay
nümayəndələri bu il keçiriləcək prezident seçkilərində İlham
Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi təklifini
yekdilliklə dəstəkləyiblər. Bundan başqa, İ. Əliyev yenidən
YAP sədri seçilib.