Gəncə şəhər stadionunun ərazisində daha bir meydança inşa ediləcək

22 Noyabr 2019 16:21 (UTC+04:00)

Gəncə şəhər stadionunun ərazisində təbii örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası da nəzərdə tutub.

Mövqe.az xəbər verir ki, Gəncə şəhər stadionunun ərazisində AFFA-nın və FIFA-nın maliyyə vəsaiti hesabına inşa olunan süni örtüklü standart ölçülərə malik məşq meydanında işlər isə artıq yekunlaşıb.

Hazırda su təchizatı ilə bağlı məsələlər araşdırılır.

Qeyd edək ki, Gəncədə futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən ilkin olaraq 2017-ci ildə Gəncə şəhər stadionunun əsas meydanının təbii ot örtüyü yenidən inşa olunub.