Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir

22 Noyabr 2019 16:39 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.

Bu barədə Mövqe.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirlik və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, 17 müxtəlif mövzu üzrə layihələri qəbul edir.