Attestat ala bilməyən məzunlar üçün imtahan keçiriləcək

7 İyun 2013 14:15 (UTC+04:00)

Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən, attestat ala bilməyən məzunlar üçün iyunun 25-də imtahan keçiriləcək. Bu sözləri Movqe.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadə bildirib çki, həmin məzunlar attestat ala bilmək üçün mütləq eksternet qaydada imtahan verməlidirlər. TQDK sözçüsü bu il isə şagirdlərə attestatların verilməsi qaydalarına edilən yeni dəyişikliklərə görə buraxılış imtahanında "iki" qiyməti alan məzunlara da attestat veriləcəyini söylədi. Qeyd edək ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin bütün məzunlarına attestatların verilməsi təklifi ilə ölkə Prezidentinə müraciət etmişdi. Bundan sonra şagirdlərə attestatların verilməsi qaydalalarında dəyişiklik edilib.