M. Tağıyev təhsili olmayan, ancaq sənətdə at oynadan müğənnilər haqqında qeyd edir: "Nə demək olar?.. Əgər onlar tamaşaçı auditoriyası qazanıblarsa, istedadları varsa, uğurlar arzulamaq olar. Dünya səviyyəsində də, bizdə də belə ulduzlar var. Opera müğənnisi ayrıdır, estrada müğənnisi ayrıdır".
M. Tağıyev təhsil alan və almayan, ancaq istedadlı müğənnilərin müqayisəsini də apardı: "Təssəvvür edin, iki istedadlı müğənni. Onlardan biri musiqi təhsili görüb, digərinə isə bu obyektiv və ya subyektiv səbəblərdən qismət olmayıb. Onların ifası zamanı sözsüz ki, fərqlənəcək. Təhsil görmüş müğənni daha da ustalıqla ifa nümayiş etdirəcək. Təhsilli müğənni sənətə gələn yolu 1 ilə gəlirsə, təhsilsiz müğənni bu yolu 10 ilə gələ bilər. Sərştəsizlik ola bilər. Təhsilli və təhsilsiz müğənnilərimiz arasında belə fərqlər var".
Şairə, bəstəkar Xanım
İsmayılqızı Mövqe.az-a açıqlaması zamanı bildirib: "Şəxsən mən
təhsilli istedadsızdansa, təhsilsiz istedadlını bəyənirəm. Ancaq
təhsillə istedad üst-üstə düşürsə, misilsiz olur".