Samuxda dülgər sexində yanğın olub

24 Noyabr 2019 15:21 (UTC+04:00)

Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Samux rayonunda ümumi sahəsi 120 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan dəzgah və avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.