Qusarın yeni yaşayış massivinə təbii qaz verilib

25 Noyabr 2019 15:53 (UTC+04:00)

Bu gün Qusar şəhərinin yeni yaşayış massivi adlanan ərazisində qazlaşdırma işləri başa çatdırılıb və 88 fərdi evə mavi yanacağın verilişi təmin olunub. 

Mövqe.az-ın "Azəriqaz"a istinadən verdiyi xəbərə görə, ümumilikdə, massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.