Röya Şamaxıda kimi axtarır? - FOTO

8 May 2012 15:34 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur müğənni Röya Ayxan Şamaxıda istedadlı şəxslərin axtarışına çıxıb. Belə ki, bu dəfə "Azad Azərbaycan" televiziyasında Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Tanıdım səni" verilişinin çəkilişləri Şamaxıda aparılıb.

Qrim olmayan Röya, Zaur ilə təbiət qoynunda yerdə xalça üzərində əyləşərək söhbət etməsi maraqlı görüntülərə səbəb olub.

Qeyd edək ki, Röyanın qonaq olduğu "Tanıdım səni" verilişinə mayın 11-də saat 21:00-da baxa bilərsiniz.

Fuad Mədətov

Movqe.Az