Bakıda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

26 Noyabr 2019 14:16 (UTC+04:00)

Binəqədi rayonunun S.S.Axundov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, noyabrın 25-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Axundovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.