Tədqiqatçılar buzda əsir qaldılar

7 İyun 2013 17:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Şimal Buzlu okeanda sürətlə əriyən bir buz kütləsinin üzərində 16 qütb tədqiqatçısı qapalı qalıb. Araşdırmaçıları xilas etmək üçün nüvə gücüylə çalışan bir buzqıran göndərilib. "Camal" adlı buzqıran gəminin qarşısında araşdırmaçılara çatmaq üçün əlavə 11 günlük məsafəsi qaldığı yazılır. Buzqıranın kapitanı Valeriy Tomov gözlənilməz bir çətinliklə qarşılaşılmadığı müddətcə gəminin saatdakı sürətinin təxminən 25 kilometr olduğunu bildirib. Xilasetmə əməliyyatının təxminən bir ay davam edəcəyi təxmin edilir. Araşdırmaçılar 2012-ci ilin oktyabr ayından bu yana Şimal Qütb Bölgəsindəki dəyişiklikləri araşdırırdı. Araşdırmaçıların Kanadaya təxminən 1 600 kilometr məsafədəki bölgədə bir neçə ay daha vaxt keçirməsi planlaşdırılırdı. Buz kütləsinin qırılmasının tədqiqatçıların həyatını təhlükəyə atacağı düşünülür.