Kameron Diaz keçmiş planlarından danışdı

8 May 2012 16:56 (UTC+04:00)

Məşhur aktrisa Kameron Diaz kino sahəsinə gəlməzdən əvvəl model kimi fəaliyyət göstərirdi. O, 21 yaşında məşhur " The Mask " filmində baş rolda çəkilmiş və bununla da aktrisa kimi böyük uğurlar qazanmışdı.

K. Diaz Redbook jurnalına verdiyi müsahibəsində bunları deyib : "Fikirləşirdim ki, 21 yaşında ərə gedərəm və 2 övladım olar, modellik sənətinə isə ana olduqdan sonra davam edərəm . Lakin mənim karyeram təzə başlayırdı və həyata keçirmək istədiyim çoxlu arzularım var idi. Çoxları mənim bu yaşımda ana olmağımı istəyərdilər"

Kameron Diazın Jared Leto və Castin Timberleyk ilə sevgi münasibətləri olub, amma hər ikisi uğursuz olub.

E.F.N

Movqe.Az