Məşhur futbolçu karyerasını bitirəcək

28 Noyabr 2019 20:27 (UTC+04:00)

Argentina yığmasının sabiq hücumçusu Ezekiel Lavezzi karyerasını başa vurmağa hazırlaşdığını bəyan edib.

Goal.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib:

“Artıq öz ailəm və uşaqlarımla daha çox vaxt keçirmək istəyirəm. İndi bunun üçün çox uyğun vaxtdır. İlin sonunda futboldan gedirəm”.

Hazırda Çinin Hebei Chine Fortune klubunda çıxış edən Lavesinin müqaviləsinin müddəti dekabrın 31-də başa çatacaq. O, 2016-cı ildən bu komandada çıxış edir.

Argentina yığmasında 50-dən çox oyun keçirən, Estudiantes-in yetirməsi olan 34 yaşlı futbolçu, karyerası ərzində San Lorenzo, Napoli və PSG-də də forma geyinib.