Dəmir yolunda keçid növbətçisi işləyən şəxs qətl törədib

10 İyun 2013 11:08 (UTC+04:00)

"Azərbaycan Dövlət Dəmir Yolları" QSC-də keçid növbətçisi işləyən şəxs qətl hadisəsi törədib. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.


ADDY stansiyasının yol sahəsinin keçid növbətçisi işləyən Nazir Şahin oğlu Cabbarov xidməti vəzifəsini yerinə yetirərkən nalayiq söyüş söydüyünə görə, Buta qəsəbə sakini İrşad Qüdrət oğlu Rzayevi bıçaqlayaraq qətlə yetirib.

 

N. Cabbarov hadisədən sonra polisə məlumat verib.

 

Faktla bağlı araşdırma aparılır.