Prezident İlham Əliyev Eldar Nuriyevi Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edib

29 Noyabr 2019 17:26 (UTC+04:00)

Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilsin.