Premyer Liqada XIII tura start verilir

30 Noyabr 2019 11:20 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Qəbələdə keçiriləcək. Burada yerli “Qəbələ” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri sonuncu pillədən qurtulmaq üçün mütləq qələbə qazanmalıdılar.

Günün digər oyununda “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. Turnir cədvəlində qonşu olan bu komandaların duelinə maraq böyükdü.

“Səbail” bu turda “Neftçi”ni (1 dekabr), “Sabah” isə “Qarabağ”ı (2 dekabr) qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XIII tur

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı

Qəbələ şəhər stadionu, 15:00.

“Keşlə” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev.

“ASCO Arena”, 17:00.