Bakıda birqülləli kran yanıb

1 Dekabr 2019 13:32 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda "КБ-405" markalı birqülləli kranın kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.