Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, professor Qabil Əliyev və Azərbaycan Dövlət Dəniz Akademiyasının professoru Faiq Nağıyevin həmmüəllifi olduqları "Polimer materialların mühəndis mexanikası" (nəzəriyyə, təcrübələr və tətbiqlər) monoqrafiyası ABŞ-da nəşr edilib.
Mövqe.az-ın məlumatına görə, 405 səhifədən ibarət olan monoqrafiya "Taylor and Francis Group" nəşriyyatı tərəfindən hazırlanmışdır. Nəşriyyat akademik ədəbiyyat və elmi jurnalların nəşri üzrə ixtisaslaşıb.