“Möcüzə yaratmaq istəyirsinizmi?” - FOTOLAR

8 May 2012 19:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 8 may Beynəlxalq Talassemiya günüdür. Elə həmin gün "Buta" Gənclərin Dostluq və Klinik Sağlamlıq Mərkəzində Beynəlxalq Talassemiya günü ilə əlaqədar "Savab dünyası" Talasemiya Assosasiyası tədbir keçirdi. "Möcüzə yaratmaq istəyirsinizmi?" şüarı ilə keçirilən tədbiri giriş sözü ilə Assosasiyanın nümayəndəsi Gülgün Abbasova açdı. O, tədbir iştirakçılarına bu gün və xəstəlik haqqında məlumat verdi. Sonra balaca rəqqasə Fatimənin təqdimatında Şuşaya həsr edilmiş "Sarı gəlin" rəqsini təqdim etdi.

Çıxış üçün söz alan respublikanın iris xəstəliklər üzrə baş mütəxəssisi Kamilla Dadaşova talassemiya ilə bağlı maraqlı faktları açıqladı. Onun sözlərinə görə ölkədə hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır: "Bu xəstəlik və daşıyıcılar daha çox Kipr və İtalyada yayılıb. Əgər valideynlərin hər ikisi daşıyıcıdırsa, ozaman hər 4 uşaqdan biri xəstə, onlardan 2-si daşıyıcı, qalan 1-i isə sağlam olur."

Həkimin sözlərinə görə ölkəmizdə bu xəstəliyin yayılmasının əsas səbəblərindən biri qan qohumlarının ailə qurmasıdır. Xarici təcrübəni missal çəkən natiqin sözlərinə görə ABŞ-ın 46 ştatında, həmçinin bir çox başqa ölkələrdə belə evliliklərə icazə verilmir.

Həkimin nitqindən sonra təşkilat nümayəndəsi Gülgün Abbasova sualları cavablandırdı. Sonda isə gənc reperlərin mövzu ilə bağlı treki təqdim edildi.

Xatırladaq ki, talassemiya irsi qan xəstəliyidir, amma bunu həyat tərzi də adlandırırlar.Belə ki, talassemiyalı insanlar müalicə aparmadıqları halda bu cür hallara rast gəlinir-solğun, iştahsız olur. İnkişafdan qalır, ciyəri və dalaq böyüyür,şişir üz sümükləri formasını dəyişir.

Ancaq mütəmadi müalicə aparan insanlar normal həyat tərzi yaşayırlar, təhsil alib işləyirlər hətta evlənib ailə sahibi də olurlar. Azərbaycan da talassemiyalə gənc evlənib sağlam uşaq dünyaya gətiriblər.

Tədbirin informasiya dəstəyi Movqe.Az satına məxsusdur.


Tural QABİLOĞLU