Məşhur aktyor yeni sevgilisi ilə görüntülənib

10 İyun 2013 16:34 (UTC+04:00)
Kann Film Festivalı əsnasında beş modellə birdən yaxta gəzintisi edərkən görüntülənən məşhur aktyor Leonardo Dikaprio Avropadan ayrıla bilmir. Movqe.Az-ın məlumatına görə, qısa bir Venesiya tətilindən sonra Fransaya qayıdan Dikaprio, Monakoda yeni sevgilisi model Toni Qarnla birlikdə paparazzilər tərəfindən kameralara çəkilib. Cütlük "Versailles" sarayını gəzərkən əl-ələ görüntülənib.