Bir parça şokolad bir stəkan şirin çaydan faydalıdır

10 İyun 2013 18:58 (UTC+04:00)

Alman Diabet Mütəxəssisi Prof. Dr. Eberhard Standl, "Çayda əriyən şəkər qatı qidadan daha çox zərərlidir" deyib. Movqe.Az-ın məlumatına görə, şəkər xəstələrinə xəbərdarlıq edilib. Şəkərin maye halının qatı halından daha çox zərərli olduğunu söyləyən Almaniyanın Münhen Diabet Araşdırma İnstitutundan Prof. Dr. Eberhard Standl, "Şəkər maye hala gəldiyi zaman qana daha tez və təhlükəli bir şəkildə qarışır. Qlükoza tolarensına çox pis təsir edir. Buna görə yediyiniz bir parça şokolad ya da dondurma bir stəkan şirin çaydan daha xeyirdir" deyib.