İyunun 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusun xarici işlər naziri Vladimir Makeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və ölkə başçılarının müəyyən etdiyi xətt üzrə inkişaf etdiyi vurğulanıb. Hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. İki ölkə arasında əməkdaşlıq sahələri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.