İsmayıllıda maşın ağaca çırpıldı, 4 nəfər xəsarət aldı, biri xəstəxanada öldü

9 Dekabr 2019 15:55 (UTC+04:00)

Dekabrın 7-də saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində kənd sakini İ.İsmayılov idarə etdiyi “Mercedes” markalı 50 CB 580 N-li avtomobili yolun kənarındakı ağaca vurub.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ramal Abışov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.