Azərbaycanda yeni vergi ödəyicilərinin 71%-i elektron qaydada qeydiyyata alınıb

11 İyun 2013 21:00 (UTC+04:00)

Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, yeni vergi ödəyicilərinin 24 821-i və ya 71,1%-i elektron qaydada qeydiyyata alınıb. İyunun 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 512 114 olub.

 

Cari ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.