Avstraliyada Azərbaycan səfirliyi fəaliyyət göstərəcək

9 May 2012 11:28 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycanın Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, prezident Nazirlər Kabinetinə Avstraliya İttifaqında səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməyi, XİN-ə isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməyi tapşırıb.