Rihanna çox əsəbləşəcək

12 İyun 2013 15:58 (UTC+04:00)

Əvvəl də Rihannanın şəklini icazəsiz istifadə edən "Topshop", indi də müğənninin bədəninin bir hissəsinin fotoşəkilini köynəklərin üzərində istifadə edib. Movqe.Az-ın məlumatına görə, məşhur müğənni Rihannanın, İngiltərənin geyim firması "Topshop" ilə başı dərddən xilas olmur. Əvvəl üzünün şəklinin köynəklərdə icazəsiz istifadə etdiyi ​​firmanı məhkəməyə verən Rihanna yeni bir köynək şokunu yaşayır. "Topshop" yenə məşhur ulduzdan icazə almadan fotoşəklini köynək üzərində istifadə edib. Müğənninin ombasının göründüyü köynəkləri satışa çıxaran firmanın ilk müştərilərindən biri də məşhur ingilis model Kara Deleviyn olub. Rihannanın yaxın rəfiqəsi Deleviynin köynəyi geyməsi hamını çaşdırıb. Köynəyin üzərindəki "Squeeze This!" yazısı da diqqət çəkib.

Şəklin, fotoqraf Corc Çin tərəfindən, Rihannanın 2011-ci ildə verdiyi bir konsert əsnasında çəkildiyi açıqlanıb. Rihanna bir əvvəlki "Topshop" skandalında fotoşəkilin icazəsiz istifadəsi səbəbi ilə 5 milyon dollarlıq bir iddia qaldırmışdı. "Topshop" isə fotoşəkili satın aldığını qarşıya qoyur.