Aşağıorbitli peykin satınalınması üzrə iddiaçılarla görüş keçirilib

9 May 2012 11:41 (UTC+04:00)

Movqe.Az xəbbər verir ki, "Azərkosmos" ASC-də "Aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması" üzrə keçirilən satınalma prosesi çərçivəsində iddiaçılarla tender öncəsi  görüş keçirilib. Əsas şərtlər toplusunu almış iddiaçı şirkətlərin iştirakı ilə keçirilən görüşdə 6 şirkətin nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən tender komissiyasının üzvləri aşağıorbitli peyk layihəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihəyə dair ümumi texniki məsələlər müzakirə edilmiş, o cümlədən əsas şərtlər toplusu barədə əlavə izahatlar verilib. Görüşün sonunda iddiaçı şirkətləri maraqlandıran suallar cavablandırılıb.