Saakaşvilinin məhkəməsi başlayır

9 May 2012 12:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu məhkəmə prosesi Saakaşvilini krallıq ərazisinə, bununla da Avropa Birliyi institutlarına və Brusseldəki NATO qərargahına gəlməyinə qadağa qoya bilər.

Bu barədə "İtar-Tacc" agentliyinə prosesin təşəbbüskarı, sürgündə olan gürcü hüquq müdafiəçisi və müstəqil gürcü media-ittifaqı olan "Obyektiv"in nümayəndəsi Merab Bladadze məlumat verib: "Biz Gürcüstanın hazırkı prezidentini insanlığa qarşı cinayətlərə, 2007-ci ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına, 2008-ci ildə Rusiya ilə müharibənin başlamasına, müxalifətə qarşı sistemli repressiyalara, xüsusən siyasi rəqiblərinin həbsi, mitinq və nümayişlərin təqibi, müxalifətin və ictimai təşkilatların nümayəndələrinə qarşı təzyiq və fiziki divan tutulmasına görə ittiham edirik".

Onun sözlərinə görə, Gürcüstanda hazırda 93 siyasi məhbus var, onlardan 19-u rəsmi olaraq "vicdan məhbusu" elan olunub. Bundan başqa, gürcü həbsxanalarında olan məhbusların sayı bütün tarix ərzində rekord saya - 45 min insana çatır: "Avropa Birliyi daha az siyasi məhbus olmasına baxmayaraq Belarus prezidenti Aleksandr Lukaşenkonu "qara siyahıya" salıb. Əgər rəsmi Brussel öz fəaliyyətində ardıcıllığa əməl etməsə, biz məhkəmə yolunu seçəcəyik. İşlə bağlı bütün materiallar hazırdır. Biz bir ay ərzində prosesə başlamağı nəzərdə tuturuq. Biz Saakşavilinin AB və NATO qərargahına daxil olmasına qadağa qoyacağıq". ".