Dövlət radio və televiziyası bağlanılır

12 İyun 2013 19:45 (UTC+04:00)

Yunan hökuməti, iqtisadi böhran qarşısında tətbiq olunan kəmər sıxma tədbirləri çərçivəsində son olaraq Yunan Dövlət Radio və Televiziyası "ERT"ni bağlama qərarı alıb. Movqe.Az BBC-nin xəbərinə istinadən bildirir ki, yunan hökumət spikeri dövlət radio və televiziyanın bu gündən etibarən susacağını açıqlayıb. Hökumət, radio və televiziyanın yenidən açılacağı tarixə qədər 2 min 500 media işçisinin işdən çıxarılacağını bildirib. "ERT" bu günə qədər abunələr tərəfindən ödənilən aylıq 4.30 avro abunə pulu və elektrik faktralarından edilən kəsinti ilə maliyyələşməkdə idi. Hökumət şərhinin ardından "ERT" işçiləri Afinadakı radio televiziya binasına doluşublar. İşğalçıların polis müdaxiləsinə qarşı qapı və pəncərələrə barrikadalar yerləşdirdiyi bildirilir.