Bu gündən ölkəmizin şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlanır

13 İyun 2013 11:05 (UTC+04:00)

Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Azərbaycanın şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlayır.


Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib ki, monitorinqlər iyunun 16-dək davam edəcək. Bu müddət ərzində monitorinqlər şimal zonasının Xızı, Quba və Qusar rayonlarını əhatə edəcək. Monitorinqin nəticələri gələn həftə açıqlanacaq.

 

Qeyd edək ki, bundan öncə Böyük Qafqazın cənub-şərq yamacındakı, o cümlədən Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən, sürüşmə sahələrində ciddi aktivləşmə yoxdur, vəziyyət stabildir.