BMT-də Valentina Tereşkovanın kosmosa uçuşunun 50 illiyi qeyd edilir

13 İyun 2013 11:21 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, iyunun 13-də BMT-də ilk qadın kosmonavt Valentina Tereşkovanın kosmosa uçuşunun 50 illiyi qeyd edilir.

 

Dünyanın ilk qadın kosmonavtı Valentina Vladimorovna Tereşkova təxminən 3 sutka davam edən əlamətdar uçuşunu 16 iyun 1963-cü ildə "Vostok-6" kosmik gəmisində həyata keçirib. Raket "Baykonur" kosmodromundan start götürüb.

 

Vyanada BMT-nin kosmik məkan məsələləri üzrə idarəsində yubilyarın iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır. Bundan başqa, Avstriya paytaxtında qadınların kosmonavtikanın inkişafına verdikləri töhfəni nümayiş etdirən böyük fotosərgi də keçirilir. Valentina Tereşkova İngiltərə, Kanada, Çin, ABŞ və Yaponiyadan olan kosmosa uçmuş digər 5 qadınla birlikdə kosmosda qadınlara həsr edilən seminarda iştirak edəcək.