Uruqvay prezidenti: “Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir”

13 İyun 2013 17:07 (UTC+04:00)

Mövqe.az-ın  məlumatına görə, bu sözləri Uruqvay prezidenti Xose Muxika ölkənin M-24 radiosuna Uruqvayın beynəlxalq əməkdaşlığı ilə bağlı fikirlərini bölüşərkən bildirib.

 

X. Muxika Azərbaycanı Uruqvay üçün əhəmiyyətli ölkə kimi qiymətləndirib və Azərbaycanla əməkdaşlığın perspektivlərinə toxunub: "Qısa müddət ərzində Azərbaycanla iqtisadi münasibətlərin inkişafına başlayacağıq".