Bərbad ssenarilərlə çəkilən zövqsüz seriallar
13 İyun 2013 17:55 (UTC+04:00)
Azərbaycanda çəkilən serilların böyük əksəriyyətindən tamaşaçılar
birmənalı şəkildə narazılıq edirlər. Elə serialın çəkilişi üçün pul
ayıran Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası da
keyfiyyətdən razı deyil. Seiallarda çəkilən bir sıra aktyor və
aktirsalar, həmçinin, əksrə rejissorlar isə baş verənləri
ssenarilərin zəif yazılması ilə əlaqələndirirlər. Bu fonda belə
təkliflər gündəmə gəlir ki, onda tanınmış əcnəbi ssneristlərdən
ssenari alınsın. Qeyd edək ki, bu təcrübədən xarici ölkələrdə, elə
qardaş Türkiyədə geniş istifadə olunur. Bununla bağlı Mövqe.az-a
açıqlamasında ssenarist Cəlil Cavanşir qeyd edir: "Azərbaycan
seriallarının sseanristləri yox, bütün komandası, bütün heyəti
zəifdir. Serialların çoxusuna istedadsız və qeyri-peşəkar heyət
cəlb edilir. Ona görə də seriallar "bozbaş" səviyyəsindən o tərəfə
keçə bilmir. Azərbaycanda peşəkar rejissor, peşəkar ssenarist,
peşəkar aktyor, bir sözlə serial üçün lazım olan bütün kadrlar var.
Sadəcə peşəkarlara müraciət edən azdır. İlqar Fəhmi, Əyyub Qiyas,
Vüsal Nuru kimi istedadlı ssenaristlər var. Hal-hazırda Türkiyədə
yaşayan gənc ssenarist Elməddin Süleymanov var. Onun yaradıcılığı
Azərbaycan kinosuna yenilik gətirə bilər. Sadəcə, maraqlanan
yoxdur. Seriallarımızın 70 faizində peşəkar ssenaridən söhbət gedə
bilməz. Çoxusu bir-birinə bənzəyir və çox uğursuzdur. Bir neçə
istisna, təbii ki, var. Amma yaxşı teleserial çəkmək üçün peşəkar
komanda lazımdır. Bütün günahı ssenaristlərin üstünə yıxıb, kənara
çəkilmək olmaz. Mən xaricdən ssenarist dəvət etməyin tərəfdarı
deyiləm. Öz gənclərimizlə, gənc qələm adamları ilə işləməyin,
sənəti duyan gənclərə meydan verməyin tərəfdarıyam. Prodakşnlar,
televiziyalar axtarsa, yüzlərlə istedadlı gənc var. Sadəcə "bozbaş"
çəkmək, tamaşaçı zövqünü məhv eləmək televiziya kanallarına sərf
edir".
Gənc ssenarist Azərbaycanda ssenaristlərin olmamasından və ya
onların çox aşağı səviyyədə yazdığından şikayətlənən insanlara
cavab olaraq bildirdi: "Azərbaycanda yüksək səviyyəli sseanri yaza
biləcək onlarla gənc var. Sadəcə, ssenari yazmağı çox vaxt
səviyyəsi aşağı olan, az qonarara qane olan, bəzən həvəskar şəkildə
bu işlə məğul olanlara etibar edirlər".
Bir neçə seriallara, filmlərə çəkilən aktrisa Səmimə Səlimova da
Mövqe.az –a fikirlərini açıqladı: "Dünya kinosuna nisbətdə mən
etiraf edirəm ki, bizim onlara çatmağımıza hələ var. Ancaq bu o
demək deyil ki, biz yatmıçıq inkişaf etmişik, ya da inkişaf etmək
istəmirik. Qonşu ölkələrə baxmış xeyli uğurlar əldə etmişik. Hər
bir uğursuz işin sonunu gəlin biz başlanğıc kimi qəbul edək. Hər
bir sahədə belədir, ilk başlanan iş həmişə ağsayar, çətinliklər
mütləqdir, amma zaman gəlir, səhvlər təkrarlanmır və mükkəmməliyə
doğru peşəkarcasına addımlar atılır. Buna zaman lazımdır. Bu gün
bizim bəzi seriallarımızın uğursuz alınması səbəbini tək
ssenaristin üzərinə atmaq düzgün deyil. Bir kinonu, serialı ərsəyə
gətirmək üçün bütün yaradıcı heyət var qüvvəsiylə çalışmalıdır.
Ssenarist, rejissor, aktyor texniki qrup, qrim ustası, geyim
rəssamı və digərləri çox məsuliyyətlə yanaşmalıdırlar öz işlərinə.
Bunlardan biri öz işini layiqincə yerinə yetirməzsə, mütləq o
çatışmayan bir cəhət kimi tamaşaçı diqqətini cəlb edəcək və
nəticədə boşluq, zəiflik kimi görünəcək. Mən sadəcə onun
əleyhinəyəm ki, bugünkü serialların bəziləri o qədər bəsit,
primitiv çəkilir ki, adam baxanda əsəbləşir. Baxırsan k, guya
komediya janrında nəsə çekiblər, inandırım ki, mən gülmək əvəzinə
əsəbləşirəm. Bugünkü tamaşaçı isə düşünmək istəmir, o qədər
bayağılığa alışıblar ki, psixoloji, ibrətamiz kinolar, seriallar
onları yorur. Bütün bunların qarşısını almaq üçün zaman və
milliliyimizə, əxlaq kodekslərinə, yumora, satiraya, tənqid və
təbliğə üstünlük verən güclü yazarlar, senaristlər gərəkdir. Onu da
qeyd edim ki, mən şəxsən əlehinəyəm başqa ölkələrdən hansısa
ssenaristi çağırıb onun ssenarisi əsasında serial çəkilsin
vətənimdə. Bizim ruhumuzu, adətlərimizi, milliliyimizi bilməyən
ssenaristin ssenarisiylə hansı əxlaqi, milli ruhlu serialdan söz
gedə bilər?!"