"Azərbaycan elm adamlarının üçdə birini qadınlar təşkil edir". Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə verib.
O deyib ki, qadınların müxtəlif qurumlarda təmsil olunması dövlət siyasətinin tərkib hissəsidir. Bu baxımdan elmdə də qadınların fəaliyyəti mövcuddur və bu yer ilbəil genişlənir: "Azərbaycan qadınının elm sahəsində yeri olduqca yüksək olsa da, qaneedici deyil. Doğrudur, qadınlarımız elmin müxtəlif sahələrində, müxtəlif elmi dərəcələr səviyyəsində tədqiqatlar aparırlar. Amma istərdik ki, alim qadınlarımızın sayı getdikcə artsın və onlar elmdə öz mövqelərini bir qədər də möhkəmləndirsinlər".
AMEA prezidenti qeyd edib ki, qadınların elmdə inkişaf etməsi və öz yerini genişləndirməsi cəmiyyətin tərəqqisinə xidmət edə bilər: "Ümumiyyətlə, Azərbaycan elmində qadın və kişilər arasında ayrı-seçkilik yoxdur. Qadınların istedadı, onların tədqiqata həvəsi, çətin istiqamətlərdə apardığı araşdırmalar elmimiz üçün mühüm nəticələr yaradıb".