Azərbaycanda 20 yaşlı oğlan özünü öldürüb

14 İyun 2013 13:29 (UTC+04:00)

Azərbaycanın Göygöl rayonunda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 20 yaşlı Elsevər Ramiz oğlu Mehdiyev yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.