Uşaqları təhlükəli informasiyalardan necə qoruyaq?
14 İyun 2013 13:05 (UTC+04:00)
"Azərbaycanda uşaqları evlərdə və internet klublarda təhlükəsiz
internetlə təmin etmək üçün dövlət tərəfindən dəstək
göstərilməlidir". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. O. Gündüzün
sözlərinə görə, hazırda Azərbaycanın təhsil müəssisələrinə
süzgəcdən keçmiş internet verilir. Amma evlərdə, internet klublarda
uşaqları təhlükəli informasiyalardan sığortalamaq mümkün
deyil. O. Gündüzün sözlərinə görə, bu işi iki istiqamətdə həyata
keçirtmək olar: "Kompyuterlər üçün elə proqram təminatları
hazırlamaq olar ki, həmin proqramları evlərdə, internet klublarda
kompyuterə yükləmələ uşaqların təhlükəli informasiya almalarını
məhdudlaşdırmaq olar. İkinci istiqamət isə odur ki, ölkədə "halal
internet" xidməti təklif edilə bilər. Bu provayderi seçən valideyn
yaxud internet klub uşaqları zərərli informasiya almaqdan
sığortalaya bilər". Lakin, O. Gündüz Azərbaycanda bunun özəl sector
tərəfindən gerçəkləşdirilməsinə marağın olmadığını deyir:
"Provayderlər istəyirlər ki, onlara sərf edən və müştəri cəlb edən
paket seçsinlər. Bu zaman ola bilər ki, "halal internet"ə tələbat
az olsun. Təbii ki, heç bir provayder istəməz ki, ziyana
işləsin. Bu zaman dövlətin dəstəyi ilə "halal internet" xidməti
təklif edilə bilər".