"Facebook"da böyük dəyişiklik

14 İyun 2013 15:36 (UTC+04:00)

"Twitter", "Tumblr", "Instagram" və "Pinterest" kimi sosial şəbəkələrdə geniş şəkildə istifadə edilən "hashtag" (etiket) sistemi, 1 milyard istifadəçili "Facebook"a da gəlir. Movqe.Az-ın məlumatına görə,  "Facebook", üzvlərin mətn, fotoşəkil ya da video paylaşımlarında bundan sonra bu yazıları / "hashtag"ləri istifadə edə biləcəklərini açıqlayıb. İstifadəçilər artıq "Facebook" vasitəsilə "#" işarəsi ilə "hashtag" axtarışı reallaşdıra biləcəklər. Tətbiqə pilləli olaraq keçəcək olan "Facebook", etiketləri axtarış nəticələrinə daxil edəcək.